Slovakiya səkkiz artilleriya qurğusunu Ukraynaya təhvil verib

Dünya

Ukraynaya 155 millimetr kalibrli səkkiz özüyeriyən artilleriya qurğusu (AKS) “Zuzana-2” təhvil verilib.

Bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

Belə bir haubitsanın atış məsafəsi 40 kilometrə çatır.  

Bundan əlavə, əvvəllər Nad etiraf etmişdi ki, respublika özünün “T-72” tanklarını və zirehli transportyorlarını Kiyevə təhvil verə bilər. Bununla belə o vurğulayıb ki, Slovakiya hərbi texnikanı yalnız onlar üçün “adekvat əvəz” aldıqda təhvil verəcək.

Nazirin sözlərinə görə, Ukrayna hərbçiləri onlardan necə istifadə etməyi artıq bilirlər, ona görə də müvafiq təlimlərə vaxt itirməyə ehtiyac qalmayacaq.

Mayın əvvəlində Slovakiya Ukrayna hərbi texnikasının təmiri ilə bağlı müqavilə imzalayıb. Kiyevin Bratislavaya göndərdiyi hərbi texnikanın ilk partiyası onlarla “BRDM-2” zirehli kəşfiyyat maşınından ibarət olub.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir