Şahzadə Harri və Meqan Markl qızlarının ilk ad gününü kraliça ilə qeyd edəcəklər

Dünya

Şahzadə Harri və Meqan Marklın qızı Lilibet ilk ad gününü ulu nənəsi kraliça II Elizabet ilə birlikdə Böyük Britaniyada qeyd edəcək. Bu barədə “The Sun” məlumat yayıb.

Şənlik iyunun 4-də Sasseks hersoqlarının Froqmor-Haus iqamətgahında baş tutacaq – həmin gün ulu nənəsinin adını daşıyan Lilibetin bir yaşı tamam olacaq. Bu münasibətlə hazırda ailəsi ilə birlikdə orada yaşayan Şahzadə Yevgeniya müvəqqəti olaraq binanı boşaldacaq.

Ehtimal olunur ki, II Elizabet nəvəsinin ad günündə Epsomdakı yarışlara getməkdən imtina edəcək. Kraliça indi Şotlandiyada Balmoral iqamətgahındadır və iyunun 2-də hakimiyyətinin 70-ci ildönümünü qeyd etmək üçün həftənin ortasında Londona qayıdacaq.

Şahzadə Harrinin şənlik üçün Böyük Britaniyaya bu həftə gələcəyi və dörd gün qalacağı bildirilir.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir