Sabah 33 dərəcəyədək isti olacaq – PROQNOZ

Cəmiyyət

Azərbaycan ərazisində mayın 31-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 102info.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 26-31°, Bakıda gecə 19-21°, gündüz 28-30° C isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21°, gündüz 28-33°, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacaq.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir