Şəhidin qardaşı doğuldu, onun adını qoydular

Cəmiyyət

Vətən müharibəsi şəhidinin qardaşı dünyaya gəlib. 

Bu barədə paylaşımı sosial şəbəkə hesabında şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu edib.

Bildirilib ki, vətən müharibəsi şəhidi Ömər Rəhimlinin qardaşına onun adı verilib.

Qeyd edək ki, şəhid Ömər Rəhimli Cəbrayılın, Qubadlının, Laçının, Zəngilanın, Xocavəndin, və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Şuşanın Daşaltı kəndi istiqamətində başlayan əməliyyatlarda fərqlənib. 

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Ömər Rəhimli ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” , “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir