Rusiyada mağaza direktoru hamilə müavinini döydü – VİDEO

Dünya

Moskva yaxınlığındakı mağazada müdirlə hamilə müavini arasında dava düşüb.

Bike adlı xanımın 33 yaşı var və o, bu yaxınlarda Dolqoprudnıdakı ərzaq mağazasının müdiri olub.

Xanım hamilə müavini Anastasiyanı mağazada işlərin qaydasında getmədiyinə görə günahlandırıb. Buna cavab olaraq, Anastasiya Bikenin rus olmadığını bəyan edib.

Bundan sonra yumruqlar işə düşüb.

Direktor rəqibinin qarnına stul və bir neçə dəfə təpik vurub. Çaydan isə Anastasiyanın silahına çevrilib. Nəticədə Anastasiya körpəsini itirmək təhlükəsi ilə xəstəxanaya yerləşdirilib. Bikenin isə beyni silkələnib, qulağı yırtılıb, burnu sınıb və ombası əzilib.

Xanımlar bir-birinin əleyhinə polisə ifadə veriblər.

Mənbə: “Mash”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir