Qubada “cəhənnəm körpüsü” – İnsanlar göz görə-görə həyatlarını təhlükəyə atırlar – VİDEO

Cəmiyyət

Çayın üzərində körpü var, amma necə deyərlər, olmasa ondan yaxşıdır. Çünki bu körpüdən istifadə edənlər göz görə-görə həyatlarını təhlükəyə atırlar. Söhbət Qubanın Təngəaltı kəndini 2 yerə bölən çayın üzərindəki körpüdən gedir. Kəndin yaşlısı var, uşağı var, xəstəsi var. Kadrlarda da görəcəksiz, belə bir vəziyyətdə olan körpüdən necə istifadə edəsən? 

Oxu.Az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb.

Rayon icra hakimiyyətinin ərazi üzrə kənd icra nüməyəndəsi “Xəzər Xəbər”ə açıqlamasında qəzalı körpülərin bərpa olunacağını bildirdi.

Qeyd edək ki, Təngəaltı rayonun turizm sarıdan əlverişli kəndlərindən biridir. Hər il bura minlərlə yerli və xarici turistlər gəlir. 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir