Qaxda əkindən qayıdan kişi at arabasından yıxılaraq ölüb

Cəmiyyət

Qax rayonunda bədbəxt hadisə baş verib.

“102info.az”un məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Əmbərçay kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1954-cü il təvəllüdlü Neymət Əhmədov əkin sahəsindən kəndə qayıdan zaman ehtiyatsızlıqdan at arabasından yıxılıb.

N.Əhmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir