Pakistan Senatı Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib

Dünya

Pakistan Senatı Azərbaycanla diplomatik əlaqələrin 30-cu ildönümündə Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib.

Parlament həmçinin Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb.

“Senat öz uzunmüddətli və dəyişməz mövqeyini bildirməklə yanaşı, Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən Xocalı soyqırımını pisləyən 2012-ci il 1 fevral tarixli qətnaməni bir daha təsdiq edir.

Senat Azərbaycan və Pakistanın iqtisadi əlaqələrin, ticarətin, sərmayələrin, insanlarla insanlar arasında təmasların yaxşılaşdırılmasında, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün aspektlərində atılan mühüm birgə addımları, tarixi dostluq əlaqələrindən qaynaqlanan bir-birinin rifahını və təhlükəsizliyini hərtərəfli dəstəklədiyini bir daha bəyan edir”, – sənəddə bildirilib.

Mənbə: islamabadpost.com.pk

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir