Neftçalanın susuz qalan kəndi ilə bağlı RƏSMİ AÇIQLAMA

Cəmiyyət

Neftçalanın Beştəli kəndində əkin sahələrinin su təminatında yaranan çətinliyin aradan qaldırılması üçün tədbir görülür.

Oxu.Az xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov mediada sözügedən məsələ haqqında dərc edilən məlumatla bağlı bildirib ki, artıq bu istiqamətdə tədbir görülür:

“Bildiyiniz kimi, prezidentin sərancamı ilə Su Komissiyası yaradılıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC də həmin komissiyanın üzvüdür. Neftçalanın Beştəli kəndi də artıq komissiyanın nəzarətindədir. Sözügedən kənddə su təminatını təmin etmək üçün Mingəçevir su anbarından Kür çayının suyu artırılıb. Hazırda Kür çayında su 200 kubmetr/saniyəyə qədər ayrılıb. Bu həftənin sonuna qədər həmin kəndin və bütün ətraf kəndlərin suvarma suyuna olan təlabatı ödəniləcək”.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir