NATO Avropada irimiqyaslı hərbi təlimlərə başladı

Dünya

Polaşda “Defender Europe 2022” və “Swift Response 2022” hərbi təlimlərinə start verilib.

Bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Polşa və digər səkkiz ölkə ərazisində keçiriləcək təlimdə 20-dən çox dövlətdən 18 min hərbçi iştirak edəcək.

Nazirlikdən bildirlib ki, təlimlər heç bir dövlətə qarşı yönəlməyib və regiondakı mövcud geosiyasi vəziyyətlə əlaqəsi yoxdur. Onun əsas məqsədi isə NATO müttəfiqləri və tərəfdaşları arasında hazırlığın artırılması və qarşılıqlı fəaliyyəti yaxşılaşdırmaqdır.

Qeyd edək ki, hərbi manevrlər mayın 27-dək davam edəcək.

Mənbə: eadaily.com

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir