Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub

Kriminal

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bir neçə gün öncə “Volkswagen” markalı nəqliyyat vasitəsinin sürücüsü, rayon sakini Hamlet Adıgözəlov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından o, müvafiq tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, H.Adıgözəlovun marixuana istifadə edib, avtomobil idarə etdiyi məlum olub.

Özü ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir