Mehriban Vəliyeva: “Hələ bağça rəhbərlərinin cəzalandırılması istiqamətində ciddi addımlar atılmayıb”

Cəmiyyət

“Yanvar ayından indiyə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki bağçalarda müxtəlif istiqamətlərdə monitorinqlər aparılır”.

102info.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, məqsəd prosesi öyrənmək, düzgün istiqamətə yönəlməkdir:

“Tərbiyəçilərin, rəhbər heyətin işə qəbulu, onların peşəkar inkişafı məsələsi gündəmdə durur. Bildiyiniz kimi, məktəbəqədər təhsil üzrə yeni kurikulum təsdiqlənib və buna uyğun olaraq proqramların hazırlanması işləri aparılır. Bizim bu gün əsas məqsədimiz nöqsanları qabartmaq deyil, prosesi öyrənməkdir”.

M.Vəliyeva bildirib ki, bağçalarda qidanın düzgün tənzimlənməsi üçün dövlət tərəfindən kifayət qədər təminat var:

“Kiçik nöqsanlar ola bilər. Bu nöqsanların aradan qaldırılması üçün əlimizdən gələni edirik. Bir prosesdən digərinə keçmək hər zaman çətin olur. Amma düşünürük ki, bu çətinliklər müvəqqətidir və bunun öhdəsindən gələcəyik. Hansısa nöqsanlara görə hələ bağça rəhbərlərinin cəzalandırılması istiqamətində ciddi addımlar atılmayıb. Əsas məqsəd kimisə cəzalandırmaq deyil. Əgər nöqsanlar varsa, həmin nöqsanların aradan qaldırılması istiqamətində addımlar atılır. Prosesə keçid tamamlandıqdan sonra bütün məsələlər tənzimlənəcək”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir