Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, Çənlibel kəndi ərazisində hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşını aşırıb.
Baş verən qəza zamanı 1987-ci il təvəllüdlü Rəşad Mövlayev və Tural İsgəndərov xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az
