Məşhur teleaparıcı polislə ailə qurur

Cəmiyyət

Tanınmış jurnalist, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev ailə qururlar. 

Oxu.Az-ın məlumatına görə, bir neçə gün öncə rəsmi nikaha girən cütlük 28 May Respublika Günündə toy mərasimi keçirəcək. 

Qeyd edək ki, Nurlan Əliyev uzun müddət ATV, “Space”, həmçinin “Lider” TV-də müxbir və xəbər aparıcısı, Aysel Fərziyeva isə “Lider” TV, ATV, ARB24 və REAL TV-də aparıcı kimi fəaliyyət göstərib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir