Hindistanda fəlakətin səsi: Fırtına dağıntılara səbəb oldu – VİDEO

Dünya

Hindistanın paytaxtı Yeni Dehli başda olmaqla, bir çox şəhərdə güclü fırtına dağıntılar yaradıb.

Zaman-zaman dolunun da müşahidə olunduğu bir çox rayonlarda elektrik enerjisi kəsilib, çoxlu ağaclar aşıb. Güclü yağışın təsirilə yollarını su basan paytaxtda küləyin sürəti saatda 40 kilometrə çatıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar quru və hava nəqliyyatında fasilələr yaranıb.

Hələlik heç bir can itkisi qeydə alınmasa da, vətəndaşlardan diqqətli olmaq xahiş edilib.

Mənbə: “Haber Global”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir