Gürcüstanın din xadimləri Şuşada ermənilərin vandallığı ilə tanış oldular – FOTO

Cəmiyyət

Gürcüstan Müsəlmanları İdarəsi din xadimlərinin Şuşa şəhərinə səfəri başlayıb.

“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü həyata keçirilən səfərdə məqsəd qonaqlara azad edilən torpaqlarda ermənilərin vandallıq aktlarını əyani şəkildə soydaşlarımıza göstərməkdir.

Səfər zamanı qonaqlara Şuşa Dövlət Qoruq İdarəsinin əməkdaşı şəhər barədə ətraflı məlumat verib. Bildirilib ki, Şuşada 17 məhəllə, 17 məscid və 17 bulaq olub. Qonaqlar Natəvan bulağında olub, şəhidlərin xatirəsini yad edib, ruhlarına dualar oxuyublar.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir