Fransa Luqanskda fransız jurnalistin ölümünün araşdırılmasını tələb edir

Dünya

Fransanın xarici işlər naziri Ketrin Kolonna Luqansk vilayətində BFM TV-nin jurnalisti Frederik Lekler İmhoffun ölümü ilə bağlı şəffaf araşdırma aparılmasını istəyib.

Bu istək jurnalistin öldüyü gün Kiyevdə səfərdə olan nazirin açıqlamasında ifadə olunub.

“Bu gün Severodonetsk yaxınlığında ukraynalıların təxliyəsi əməliyyatını işıqlandırarkən öldürülən BFM jurnalisti Frederik Lekler İmhoffun ölümü sarsıdıcıdır. Bu hadisəni qınayır, ailəsinə və həmkarlarına başsağlığı verirəm”, – deyə Kolonna bildirib.

“Fransa bu faciənin başvermə səbəblərinə aydınlıq gətirilməsi üçün mümkün qədər tez vaxtda şəffaf araşdırmaya başlanılmasını tələb edir”, – deyə nazir qeyd edib.

Mənbə: Yevropeyskaya pravda

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir