Ermənistan prokurorluğu Seyran Ohanyanın 3,5 milyon dollarlıq əmlakını müsadirə etmək istəyir

Dünya

Hüquq-mühafizə orqanları keçmiş müdafiə nazirinin 3,5 milyon dollara yaxın əmlakını və vəsaitini müsadirə etmək niyyətindədir.

Ermənistan prokurorluğu keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın əmlakının müsadirə edilməsi ilə bağlı iddia qaldırıb.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə qanunsuz əldə edilmiş əmlakın müsadirə edilməsi ilə bağlı iddianı icraata qəbul edib.

Məhkəmə əsasən Seyran Ohanyandan və onunla əlaqəli olan 3 nəfərdən iki ictimai əhəmiyyətli torpaq sahəsinin, Vahaqni rayonunda malikanənin və bir avtomobilin, mümkün olmadıqda isə onların bazar dəyərinin – təxminən 1,1 milyard dramın (2,4 milyon dollar) müsadirə edilməsini tələb edib.

Bundan əlavə, prokurorluq qanunsuz vəsaitlərin qalığı kimi təxminən 480 milyon dramın müsadirə edilməsini istəyir.

Mənbə: Sputnik Armeniya

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir