Ermənilər qəzəbdən dəliyə döndülər: Parlamentin spikeri Qarabağla bağlı separatçı fikri deməyə cürət etmədi

Müharibə

Ermənistan parlamentinin spikeri Alen Simonyan separatçı fikri səsləndirməkdən imtina etdiyi üçün ölkədə gündəmə çevrilib.

Belə ki, o, Qarabağın heç zaman Azərbaycanın tərkibində olmayacağı fikrini səsləndirməkdən imtina edib. A.Simonyanın bu cür davranması sosial şəbəkənin erməni seqmentində qəzəb dalğasına səbəb olub.

A.Simonyanın sözügedən fikri səsləndirə bilməməsinin səbəbi isə birmənalı olaraq Azərbaycanın yaratdığı yeni reallıqlardır. Görünür, 44 günlük müharibədən sonra Azərbaycanın siyasi müstəvidə də əldə etdiyi mütləq üstünlükdən xəbərdar olan spiker sözügedən tərzdə açıqlamaların artıq heç vaxt mümkün olmadığını dərk edib.

Erməni rəsmilərin hətta daxili auditoriyanı sakitləşdirmək üçün belə müvafiq açıqlamalara cürət edə bilməməsi isə bir daha Azərbaycanın postmüharibə dövründə ortaya qoyduğu qətiyyəti nümayiş etdirir.

Mənbə: Pastinfo

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir