Ekspert: “Ermənistan öz bəyanatları ilə regional əməkdaşlıq prosesini pozmağa çalışır”

Siyasət

“Ermənistan mətbuatının David Vardanyanın guya Azərbaycan hərbçiləri tərəfindən öldürülməsi ilə bağlı son bəyanatları Ermənistanın dezinformasiya yayılması üzrə düşmənçilik proqramını əks etdirir”.

Bunu “102info.az”a açıqlamasında Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS, Pakistan) icraçı direktoru, ortaq gələcəyə malik cəmiyyət üçün Pakistan Araşdırma Mərkəzinin üzvü Xalid Taymur Əkrəm deyib.

“Ermənistan rəhbərliyi Azərbaycanın başlatdığı regional əməkdaşlıq prosesini pozmaqla münaqişəni qızışdırmağa çalışır. Bütün bu deyilənlər əsassız və həqiqətdən uzaqdır. Ona görə də Azərbaycana ləkə yaxmaq məqsədilə insanların xoş məramından və həssaslığından silah kimi istifadə etmək üzrə bu cür iyrənc addımlar, şübhəsiz ki, bütün dünyada və həqiqətə, bərabərliyə, ədalətə dəyər verənlər tərəfindən ədalətli müqavimətlə üzləşəcək”, – o bildirib.

O həmçinin qeyd edib ki, Ermənistan saxta xəbərlər yaymaq, Brüssel görüşünün nəticələrini və regionda sülhü pozmaq əvəzinə, minalanmış ərazilərin xəritələrini verməli və Azərbaycanla əməkdaşlıq etməlidir.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı ittihamlarını rədd edib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir