Ekspert: “Erməni revanşistlər sərhədlərin delimitasiyası prosesini pozmağa çalışırlar”

Siyasət

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfini atəşkəs rejimini pozmaqda ittiham etməsi əvvəlki görüşlərdə, o cümlədən Brüsseldə əldə olunmuş bütün razılaşmaların pozulması məntiqinə uyğundur.

Bu barədə “102info.az”un Rusiya bürosuna “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Ermənistanda müharibə və qisas partiyaları var ki, onlar hər şeylə yanaşı, ehtirasları qızışdırmaq üçün də fəaliyyət göstərirlər. Baş verən hər şeyə görə davamlı olaraq Azərbaycanı günahlandırmaq, birbaşa təxribatlar – bütün bunlar İrəvanda vəziyyəti gərginləşdirmək, eləcə də Azərbaycan və Ermənistanın birinci şəxsləri arasında əldə olunmuş hər hansı razılaşmalardan imtina etmək, bununla da sərhədlərin demarkasiyası və delimitasiyası, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesini pozmaq üçün istifadə edilən taktikadır”, – o deyib.

İ.Korotçenkonun sözlərinə görə, Ermənistan tərəfdən təxribatlar hər zaman olacaq: “Ermənistan tərəfdən təxribatlar olub, var və olacaq. Onlar kütləvi xarakter daşıyacaqlar, bunu başa düşmək və Ermənistanın üzərinə götürdüyü bütün öhdəlikləri tam şəkildə yerinə yetirməsinə nail olmaqla belə hallara sakit reaksiya vermək lazımdır”.

Rusiyalı ekspert onu da qeyd edib ki, sülh müqaviləsinə alternativ yoxdur, erməni revanşistlərin və təbliğatçıların sülh prosesini pozmaq cəhdləri isə iflasa uğrayacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı ittihamlarını rədd edib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir