DSX Ermənistanın yalanını ifşa etdi – FOTOFAKT

Cəmiyyət

“Mayın 28-də Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədində guya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun ağır yaralanması barədə məlumatlar yayılıb. Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu məlumatlar həqiqətə uyğun deyil və reallığı əks etdirmir”.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

“Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (ER Sünik vilayətinin Nerkin And kəndi) qarşısında (Zəngilan rayonunun Razdərə kəndi) dövlət sərhədinin müdafiəsi və mühafizəsini həyata keçirən bölmələrimiz tərəfindən həmin gün ərzində ER ərazisi istiqamətində ümumiyyətlə atəş açılmayıb.

Eyni zamanda bölmələrimiz tərəfindən həyata keçirilən müşahidələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölməsinin dislokasiya yerində hərbçilərin içkili vəziyyətdə intizamsızlıq etmələri, saat 10:37 radələrində isə çadırın içərisində bir dəfə, səkkiz dəqiqə sonra – saat 10:45-də isə daha iki dəfə atəş səsinin eşidilməsi, bir qədər sonra isə xərəkdə bir nəfərin çadırdan çıxarılaraq təxliyə edilməsi qeydə alınıb.

Həmin vaxt həyata keçirilən müşahidə, foto-video və digər materialların təhlili hadisənin Ermənistan hərbçilərinin öz aralarında baş verdiyini göstərir.

Ermənistan tərəfinə bu cür təxribat xarakterli üsullara əl ataraq Silahlı Qüvvələrində ölümlə nəticələnən intizamsızlıq hadisələrini gizlətmək əvəzinə, ictimaiyyətə doğru məlumat verməyi tövsiyə edirik”, – məlumatda qeyd olunub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir