Çayların yataqlarında qalaqlanmış tonlarla zibil sel suları ilə Xəzərə axır – FOTO/VİDEO

Cəmiyyət

Son günlər güclü yağışlar çaylarda bolsululuq yaradıb. Bunun illərlə fasilədən sonra yaxşı tərəfi olsa da, bəzi eybəcər məqamları da üzə çıxıb. 

Quraqlıq zamanında çay yataqlarının məişət tullantıları ilə doldurulması indi acınacaqlı mənzərə yaradıb. 

Hazırda şimal rayonlarının hamısının ərazisindən keçən çaylarda tonlarla zibil tullantıları sel sularına qarışaraq Xəzərə tökülməkdə davam edir. Bir çox ərazilərdə şəhər kommunal təsərrüfatlarının, istehsal müəssisələrinin də çay yataqlarına tulladığı tullantılar indi sürətlə dənizə doğru üzür. 

Bizim.Media Qusarçayın Xaçmaz rayonu ərazisinə tökülən mənsəbində – Xəzərə qovuşduğu yerdə müşahidə aparıb. Qusar, Quba, Xaçmaz rayonlarından yerli əhalinin çaya tökdüyü müxtəlif məişət tullantıları da sellə birgə dənizə tökülür. Mənzərə çox utancvericidir. 

Bu ürəkbulandıran vəziyyət təkcə Qusarçayda deyil, şimal rayonlarından keçən Qudyalçay, Vəlvələçay, Çağacuqçay, Gilgilçay, Dəvəçiçay, Ataçay və diğər çaylarımızda da müşahidə olunur.

Səbəb nədir? 

Görünən odur ki, artıq sürətlə inkişaf edən və yeni əmək münasibətlərinin formalaşması nəticəsində çürüməyən tullantıların əmələ gəldiyi bir dövrdə rayon və kənd ərzilərində də məişət tullantıları ilə bağlı xüsusi proqramın işlənməsinə ehtiyac var. Regionlarda məişət tullantılarının emalı zavodlarının tikilməsi labüddür, eyni zmanda tullantı mədəniyyətinin formalaşdırılması üçün maarifləndirmə işləri aparılmalıdır.

İndi isə Qusarçayın Xəzərə açılan hissəsindən çəkilən foto və videonu diqqətinizə təqdim edirik:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir