Binəqədi-Novxanı yolunda ağır qəza: Yol bağlandı – VİDEO

Cəmiyyət

Binəqədi-Novxanı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. 

102info.az xəbər verir ki, qəza zamanı mişar daşı ilə yüklü olan 50-BO-630 dövlət nömrə nişanlı “KamAZ” markalı maşın aşıb. 

Hadisə nəticəsində yük maşınında olan mişar daşı yola dağılıb və avtomobil yolunun bir hissəsi bağlanıb. 

Qəzadan sonra Binəqədi-Novxanı yolunda və əks istiqamətdə tıxac yaranıb. 

Hadisə zamanı xəsarət alanların olub-olmadığı məlum deyil. 

Qəzanın səbəbləri araşdırılır. 

Hadisə yerindən görüntüləri təqdim edirik:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir