Bıçağı qayınının qarnına sancdı

Cəmiyyət

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ramil Şirinov yaşadığı evdə yeznəsi Seymur Orucov tərəfindən bıçaqlanıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan R.Şirinov xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən S.Orucov tutulub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir