Bakının adada yerləşən məktəbi: Burada bir müəllimə dörd uşaq düşür – FOTO

Cəmiyyət

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Çilov adasındakı 131 nömrəli tam orta məktəbə səfər təşkil edib.

102info.az-ın məlumatına görə, səfərdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və ölkənin bir qrup KİV-in təmsilçiləri iştirak ediblər.

Səfərin məqsədi 131 nömrəli tam orta məktəbin fəaliyyəti ilə tanış olmaq, müəllim, şagird və valideynlərlə görüşlərin təşkili, təhsil müəssisəsinin perspektiv inkişaf planı və digər müvafiq məsələlərlə bağlı müzakirələrin aparılmasından ibarətdir.

Məktəblə yaxından tanış olan BŞTİ rəhbərliyi və KİV nümayəndələri ibtidai sinif, tarix, ədəbiyyat, fizika və ingilis dili fənləri üzrə təşkil olunmuş “açıq dərs”lərdə iştirak ediblər.

Daha sonra Mehriban Vəliyeva müəllim və valideynlərlə görüşüb.

Məktəb-ailə, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan danışan M.Vəliyeva tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində belə əməkdaşlığın vacibliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun adını daşıyan Bakı şəhəri 131 nömrəli tam orta məktəb 1951-ci ildən fəaliyyət göstərir. 200 nəfərlik şagird tutumu olan məktəbdə hazırda 10 sinif olmaqla (şagird sayı az olduğu üçün II və III siniflər birləşdirilib) 72 nəfər şagird təhsil alır. Məktəbdə ümumilikdə 34 nəfər çalışır ki, onlardan 19 nəfəri pedaqoji fəaliyyətlə məşğul olur.

İlhamə Əbülfət

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir