Bakıda qadın sirkə turşusu içib özünü öldürdü

Cəmiyyət

Bakının Suraxanı rayonun intihar hadisəsi olub.

102info.az-ın məlumatına görə, Maştağa qəsəbə sakini, 42 yaşlı Zümrüd Məmmədova yaşadığı evdə özünü öldürmək üçün sirkə turşusu içib. Ailə üzvləri hadisədən xəbər tutduqları üçün o dərhal xəstəxanaya yerləşdirilib.

Burada həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Z.Məmmədovanın hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir