Bakıda polis 21 yaşlı qızı AXTARIR

Cəmiyyət

Bakıda gənc qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan 21 yaşlı Sahibə Vüqar qızı Əliyeva evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun yaxınları polisə məlumat veriblər.

Gənc qızın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir