Bakıda intihara cəhd edən jurnalist evə buraxıldı

Cəmiyyət

Bakıda intihara cəhd edən jurnalistlə bağlı yeni açıqlama verilib.

Bu barədə Kliniki Tibbi Mərkəzdən 102info.az-a verilən məlumata görə, sirkə turşusundan zəhərlənərək Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən jurnalist Nəsimi Şərəfxanlı bu gün evə buraxılıb.

“N.Şərəfxanlı may ayının 14-də təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə Mərkəzə gətirilib. Həkimlərin səyi ilə kritik durumda olan jurnalistin həyatını xilas etmək mümkün olub. Bundan sonra onun vəziyyətinin daha da yaxşılaşması üçün müalicəsi davam etdirilib və artıq səhhəti ilə bağlı hər-hansı təhlükə qalmadığına görə evə buraxılmasına qərar verilib”, – deyə məlumatda qeyd edilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir