Azərbaycanda iş adamına 25 minlik ziyan dəydi: Hadisə qəsdən törədilib? – FOTO

Cəmiyyət

Goranboyda ferma yanıb.

Bizim.Media-nın məlumatına görə, hadisə rayonun Boluslu kəndində baş verib.

Sahibkar Rasim Süleymanova məxsus ferma yanaraq kül olub.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın söndürülüb. Yanğının ərazidəki digər tikililərə və sahələrə keçməsinin qarşısı alınıb.

Heyvanlar yaylaqda olmadığından tələfat olmayıb.

Ferma sahibi olan iş adamının iddiasına görə, yanğın qəsdən törədilib. R.Süleymanov mal-qarasız belə, ona 20-25 min manata yaxın ziyan dəydiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir