Azərbaycanın bəzi yerlərində leysan yağıb – FAKTİKİ HAVA

Cəmiyyət

Mayın 1-i saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, düşən yağışın miqdarı: Zaqatalada 47.0 mm, Balakəndə 29.0 mm, Sarıbaşda (Qax) 10.0 mm, Kişçayda (Şəki) 5.0 mm, Lerikdə 4.0 mm, Qrızda 3.0 mm, Qusar, Ordubad, Ağdərədə (Ordubad) 2.0 mm, Şəki, Quba, İmişli, Qəbələ, Qax, Sabirabad, Cəfərxan, Salyanda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binə, Bakıda 1.0 mm-dək olub.

Külək: aprelin 30-u gün ərzində şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu: aprelin 30-da Bakıda iqlim normasından 3.5° yüksək olub, Bakıda və Abşeron yarımadasında 18-20° isti, Naxçıvan MR-da 22-26° isti, dağlıq rayonlarda 19°-dək isti, aran rayonlarında 23-28° isti olub.

Mayın 02-03-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Respublikanın bölgələrində də yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir