Azərbaycanda acı MƏNZƏRƏ: Bu uşaqlar nə hərf tanıyır, nə də rəqəmləri – VİDEO

Cəmiyyət

Musayevlər ailəsi 12 ildən çoxdur ki, Bərdədə fermada yaşayır. Ən acınacaqlısı isə odur ki, ailənin 2 azyaşlı balası da burada, məhz bu mühitdə böyümək məcburiyyətindədir. Uşaqlardan biri hazırda 1-ci, digəri isə 6-cı sinifdə oxumalıdır. Ancaq təəssüflər olsun ki, onlar hələ hərfləri, rəqəmləri belə tanımırlar. 

Oxu.Az xəbər verir ki, ailə ilə bağlı Xəzər TV sujet hazırlayıb. 

Valideynləri bildirir ki, evləri olmadığından onlar fermada yaşamaq məcburiyyətindədilər. Belə olan halda uşaqlarda təhsildən yayınır

Məsələ ilə bağlı Bərdə rayon təhsil şöbəsindən bildirilib ki, uşaqların bu problemi ilə  bağlı rayon təhsil şöbəsinə heç bir müraciət daxil olmayıb. Valideyinlər əraziyə ən yaxın məsafədə yerləşən məktəbə müraciət edərək uşaqları təhsillə cəlb edə bilərlər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir