Azərbaycan idmançıları Çexiyanın Ostrava şəhərində üzgüçülük üzrə beynəlxalq turnirdə daha iki medal qazanıblar.
Ramil Vəlizadə 200 metr məsafəyə batterflay növü üzrə finalda 2:02.35 nəticə ilə 2-ci yeri tutub. Məryəm Şeyxəlizadəxanqa 50 metr məsafəyə batterflyay növü üzrə finalda 27.91 nəticə göstərərək bürünc medala sahib olub.
Bu, onun bu turnirdə ikinci bürünc medalıdır. Bundan əvvəl Məryəm 50 metr məsafəyə sərbəst üsulla üzmədə 3-cü yeri tutaraq həm şəxsi, həm də Azərbaycan rekordunu müəyyənləşdirdi.


www.102info.az