Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir

Siyasət

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünya səviyyəli, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi, əsl lider olduğunu nümayiş etdirdi.
Dövlət başçısı bu konfransda Azərbaycanın regionda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından yanaşdığını ortaya qoydu. Hər bir beynəlxalq səviyyəli tədbir onun təşəbbüskarı olan və ev sahibliyi edən ölkənin malik olduğu imkanların, hazırkı dövrdə hədəflərinin təqdimatında əhəmiyyətli rol oynayır. 
Dövlət başçısı Azərbaycanın regionda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etməsindən geniş söhbət açaraq bu hədəfi açıqladı ki, biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır: “Bu mühüm məqam da diqqətə çatdırıldı ki, Ermənistan bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Bu ölkə qonşularla münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalı, Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməlidir. Yeni reallıqların nəzərə alınması, revanşizm cəhdlərinə yol açmayan siyasətin yürüdülməsi Ermənistan üçün yeganə çıxış yolu olmalıdır.”
Prezident İlham Əliyev konfransda, eyni zamanda bildirdi ki, “Müstəqilliyin gücləndirilməsi – dövlət siyasətinin ideoloji təməlidir. İşğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünmürdük. Azərbaycan müstəqilliyin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışıb və buna nail olub. Ölkəmiz tam olaraq müstəqil oldu, müstəqil siyasət aparmaq imkanını əldə etdi və Qarabağı geri qaytardı.” Bu savaşın ən böyük özəlliyi, əlbəttə ki, öz haqq işi uğrunda mübarizə aparan xalqımızın üzləşdiyi beynəlxalq təzyiqlərə, ikili standartlara baxmayaraq, ərazi bütövlüyünü təmin etməsidir. Bir sözlə İkinci Qarabağ savaşı özgüvənimizi bizə qaytardı.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də Avropada ikili standartlar qalmaqdadır. İşğal olunmuş ərazilərdə 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoymayan, bunu siyasi yanaşma hesab edən UNESCO erməni abidələrinin dağılacağı əndişəsini yaşayır. Halbuki onlar hələ də etiraf edə bilmirlər ki, Azərbaycan tolerant ölkə olmaqla yanaşı, tarixə və tarixi abidələrə qayğı və sayğı ilə yanaşır.Kimin necə qəbul etməsindən asılı olmayaraq, Azərbaycan öz strateji hədəflərinə doğru inamla addımlayacaq, Zəngəzur dəhlisi də açılacaq. Bu dəhliz təkcə bizim deyil, ermənilərin də xeyrinə olacaq, onlar da Azərbaycanın enerji resurslarından bu və ya digər formada faydalanacaqlar.Sərhədlər də yaxın vaxtlarda müəyyən ediləcək.
Sonda onu qeyd etmək istəyirəm ki, bu böyük görüşlər Azərbaycanın dünyada artan nüfuzunun, regional və beynəlxalq aləmdə yeritdiyi siyasətin təntənəsinin əyani göstəricisidir.


Siyəzən rayon Mərkəzi Kitabxananın şöbə müdiri Ramilə Seyidova

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir