ABŞ-ın baş generalı Ukraynadakı müharibə ilə bağlı: “Növbəti bir neçə həftə həlledici olacaq”

Dünya

“Ukraynada qarşıdakı bir neçə həftə həlledici olacaq”.

Bu barədə ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, amerikalı general Mark Milley deyib.

Onun sözlərinə görə, müharibənin nəticəsi Donbasda döyüşlərin necə inkişaf etməsindən asılı ola bilər.

“Hazırda Donbasda Ukrayna və Rusiya qüvvələri arasında əhəmiyyətli döyüşlər gedir. Vəziyyətin qarşıdakı bir neçə həftə ərzində necə cərəyan edəcəyini əsasən irəliyə doğru yol müəyyən edəcək”, – deyə o bildirib.

Milley hesab edir ki, Donbas uğrunda döyüş həm mövqe savaşına keçidlə, həm də tərəflərdən birinin inamlı qələbəsi ilə nəticələnə bilər.

Lakin onun fikrincə, hər iki tərəfin əhəmiyyətli itkilərini nəzərə alsaq, müharibədən ən məntiqli çıxış yolu sülh danışıqları ola bilər.

Mənbə: Fox News

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir