24 yaşlı tələbənin yaşlı olduğunu əsas gətirib işə götürmədilər

Dünya

Çində 24 yaşlı qadına artıq qocaldığını əsas götürərək işə götürülməyib.

Universitet tələbəsi olan He soyadlı qadın öz CV-sini “China Unicom” telekommunikasiya şirkətinə göndərib.

Lakin şirkət tələbənin yaşını əsas gətirərək onu işə götürməkdən imtina edib.

Şirkət bildirib ki, He soyadlı tələbəni işə qəbul edərlərsə şirkətin daxili qaydalarını pozmuş olacaqlar. Belə ki, universiteti bitirmiş işçinin yaşı 24-dən aşağı olmalıdır.

“Biz tezliklə təhsilimizi başa vuracağıq və hazırkı vəziyyətdə iş tapmaq demək olar ki, mümkün deyil” – deyə tələbə şikayətlənib.

Hadisə mətbuatda və sosial şəbəkələrdə ictimailəşib və internet istifadəçiləri tələbənin müdafiəsinə qalxıb.

Mənbə: Asia One

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir