Zərdabda yük maşını ilə minik maşını toqquşub, xəsarət alanlar var

Cəmiyyət

Zərdab rayonunda yol qəzası baş verib, xəsarət alanlar var.

APA xəbər verir ki, hadisə ötən gecə Zərdab-Ağcabədi yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.

Emin Tağıyevin idarə etdiyi “VAZ 2109” markalı minik maşını ilə Rza İsayevin idarə etdiyi “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə minik maşınının sürücüsü Emin Tağıyev, sərnişinləri – Ramil Əzizov, Bəxtiyar Kərimli, Nurlan Əsgərov və Amil Tağızadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanların bəzisinin durumu qənaətbəxş olduğundan onlar ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir