“Mən plakat tutanlardan daha çox feministəm”.
Bu sözləri APA TV-yə danışan Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi deyib.
O, gündəmi formalaşdıran xəbərlərdən narazı olduğunu deyib:
“Toplum gündəmə gəlmir, gündəm toplumu öz səviyyəsinə salır. Bu yaxşı hal deyil. Niyə bir gecə klubundakı partlayışı ölkənin ən əhəmiyyətli hadisəsi kimi gündəmə gətirirlər?”.
Daha sonra o son illərdə çılpaqlığın, əxlaqsızlığın və toplumun əksinə getməyin qəhrəmanlıq nümunəsinə çevrildiyini vurğulayıb.
Heç bir ideya olmadan soyunan müğənnilər barədə danışan yazıçı “soyunanda da estetika üçün soyunmaq lazımdır” fikrini dilə gətirib.
Daha ətraflı süjetdə:
www.102info.az
