Viktor Medvedçukun həbsinin yeni detalları AÇIQLANIB

Dünya

Ukrayna Təhlükəsizlik Xidməti ötən gün həbs edilən Viktor Medvedçuk barədə yeni açıqlama yayıb.

Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov bildirib ki, Viktor Medvedçuk Moldovanın Dnestryanı bölgəsinə keçməyi planlaşdırıb, lakin bu plan Ukrayna tərəfindən pozulub.

İvan Bakanov əlavə edib ki, Viktor Medvedçuku Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları gözləyiblər.

Daha sonra isə Rusiyanın xüsusi xidmət orqanları əməkdaşlarının planında Viktor Medvedçuku Moskvaya çatdırmaq olub.

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir