Ukraynada müharibə başlayandan həlak olan uşaqların sayı açıqlandı – FOTO

Dünya

Ukraynada müharibə başlayandan 205 uşaq həlak olub, 362 uşaq isə müxtəlif dərəcəli xəsarət alıb.

Bununla bağlı ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Uşaqların ən çox ölüb-yaralandıqları bölgələrin statistikası belədir: Donetsk vilayətində – 117, Kiyev vilayətində – 107, Xarkov vilayətində – 91, Çerniqov vilayətində – 54, Xerson vilayətində – 43, Nikolayev vilayətində – 40, Luqansk vilayətində – 36, Zaporojye vilayətində – 23, Kiyev şəhərində – 16, Sumı vilayətində – 16 və Jitomir vilayətində – 15.

Aktiv döyüş əməliyyatları aparılan bölgələrdə və müvəqqəti işğal olunmuş ərazilərdə atəşə tutulan yerləri yoxlamaq mümkün olmadığı üçün məlumatlar hələlik dəqiq deyil.

Mənbə: ukranews.com

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir