Ukraynada müharibənin simvoluna çevrilən partladılmış körpü yenisi ilə əvəzləndi – FOTO/VİDEO

Dünya

Ukraynada aprelin 11-dən etibarən Kiyevi İrpen, Buça, Qostomel, Vorzellə birləşdirən müvəqqəti körpü istifadəyə verilib.

Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirill Timoşenko bildirib.

Onun sözlərinə görə, körpünün istifadəyə verilməsi üçün işlər beş gün ərzində 24 saat davam edib.

Xatırladaq ki, hazırkı körpü müharibənin ilk günlərində ərazidə partladılmış körpünü əvəzləmək üçün müvəqqəti istifadəyə verilib.

Mənbə: Pravda

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir