Ukraynada dəmiryolu vağzalının raketlə vurulmasından sonra Slovakiyadan diqqətçəkən addım

Dünya

Rusiya tərəfindən Ukraynanın Kramatorsk şəhərində dəmiryolu vağzalı raketlə vurulduqdan sonra Slovakiya hərəkəti ilə diqqət çəkib.

Slovakiya Baş naziri Eduard Heger Ukraynaya S-300 göndərdiklərini açıqlayıb.

“Təsdiq etmək istərdim ki, Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi təqdim edib. Ukrayna xalqı öz suveren ölkəsini və bizi də cəsarətlə müdafiə edir. Rusiyanın təcavüzü altında insan itkisinə biganə qalmamaq və kömək etmək bizim borcumuzdur”, – deyə o “Twitter” hesabında yazıb.

Qeyd edək ki, Eduard Heger Avropa Komissiyasının sədri Fon der Leyen Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josef Borrell və bir sıra avropalı parlamentarilərin iştirakı ilə nümayəndə heyətinin tərkibində Kiyevə yollanıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir