Ukrayna ordusu “Moskva” kreyserini vurdu

Dünya

Ukrayna ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Rusiya hərbi donanmasına məxsus “Moskva” kreyseri sıradan çıxarılıb. 

Son məlumata görə, göyərtəsində 510 ekipaj üzvü olan “Moskva” kreyserini güclü alov bürüyüb.

Məlumatı Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç verib.

Öz növbəsində Odessa vilayət administrasiyasının rəhbəri Maksim Marçenko da “Moskva” kreyserinin vurulduğunu təsdiq edib.

O, həmçinin əlavə edib ki, Zmeynı adasında sözügedən kreyserdən ukraynalı hərbçilərə təslim olmaq barədə ultimatum verilmişdi.

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir