Ukrayna MN: “Rusiyada tam səfərbərlik elan oluna bilər”

Dünya

Rusiya qoşunları Ukraynanın şərqində bütün istiqamətlərdə eyni vaxtda hücumun intensivliyini artırır, ən böyük fəallıq Slobojansk və Donetskdə müşahidə olunur.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksadr Motuzyanik bildirib.

O vurğulayıb ki, Rusiya ordusunun əsas məqsədi hələlik dəyişməz olaraq qalır – Ukrayna müdafiə qüvvələrinin qruplaşmalarını mühasirəyə almaq, Donetsk, Luqansk və Xerson vilayətləri ərazisinə tam nəzarəti bərqərar etmək.

A.Motuzyanik qeyd edib ki, Rusiya qoşunlarının hərbi əməliyyatları daha da intensivləşdirməyə hazırlığının əlamətləri müşahidə olunur.

Bundan əlavə MN rəsmini Rusiya ərazisində tam səfərbərlik elan edilməsi ehtimalını istisna etməyib.

“Rusiyanın tam səfərbərlik elan edib etməyəcəyi şərq əməliyyat zonasındakı davam edən döyüş fəaliyyətlərindən asılı olacaq”, – deyə A.Motuzyanik vurğulayıb.

Mənbə: Unian.net

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir