Türkiyədə turist avtobusu qəzaya uğradı, xeyli yaralı var

Dünya

Türkiyənin cənubunda turist avtobusunun qəzaya uğraması nəticəsində 12 nəfər xəsarət alıb.

Hadisənin Manavqat-Qızılot avtomobil yolunda baş verdiyi bildirilir. İstirahət edənləri daşıyan avtomobil hərəkətdə olarkən təkərin partlaması səbəbindən yoldan çıxıb. İlkin məlumata görə, qəza nəticəsində içərisində Almaniya vətəndaşlarının da olduğu azı 12 nəfər xəsarət alıb.

Çevik xilasetmə qrupları tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar Manavqat xəstəxanasına çatdırılıblar. Hazırda onlara yardım göstərilir.

Mənbə: Lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir