Türkiyədə partlayış: Hadisə yerindən saatlı bomba parçaları tapıldı – VİDEO

Dünya

İstanbulun Qaziosmanpaşa rayonunda partlayış baş verib.

Partlayış Türkiyə Gənclik Fondunun yerləşdiyi beşmərtəbəli binanın yaxınlığında qeydə alınıb.

Partlayış zamanı ölən və ya yaralanan olmasa da, binaya ziyan dəyib.

Məsələ ilə bağlı İstanbul valiliyinin açıqlamasında qeyd olunub:

“Hadisə yerində aparılan araşdırmada kustar üsulla düzəldilmiş saatlı bomba parçaları müəyyən edilib”.

Mənbə: Haber Global

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir