Türkiyə sahillərində həyəcan: Qara dənizdə üçüncü mina TAPILDI – VİDEO

Dünya

Qara dənizdə üçüncü mina aşkar edilib.

Türkiyə Milli Müdafiə Nazirliyi Dəniz Qüvvələri Komandanlığı SAS qrupları Kefken sahillərində aşkar edilən minaya müdaxilə edirlər.

Bu barədə nazirliyin “Twitter” hesabında qeyd edilir.

“Kefken sahillərində aşkarlanan minaya bənzər obyektin dəniz patrul təyyarəmiz tərəfindən mina olduğu müəyyən edilib. Ərazi mühafizə olunub”, – deyə məlumatda bildirilir.

Kefken adası Kocaeli vilayətinin sərhədləri daxilində, Cebeci sahilindən 10 dəqiqəlik məsafədə yerləşir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir