Bakının mərkəzində yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, yanğın “Torqovı” kimi tanınan paytaxtın Nizami küçəsində olub.
Sözügedən küçədə yerləşən binalardan birinin dam örtüyü yanıb.
Əraziyə FHN-nin əməkdaşları cəlb edilib. Yanğının qarşısı alınıb.
Hazırda təhlükəsizlik tədbirləri görülür.
www.102info.az
