“ Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start verildi. Yeni beşulduzlu otelin inşası üçün yer seçildi. O, həmin yerdir ki, o vaxt qondarma qurum orada dırnaqarası parlament inşa etmək istəyirdi və digər şeytan yuvası orada yerləşmişdi ” İlham Əliyev
Bildiyimiz kimi 12 aprel 2022 – ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə Prezident İlham Əliyev tərəfindən qeyd edilən əsas məsələlərdən biridə gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçirilməsidir.
Qeyd edək ki, keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişdilər. Bu il isə artıq dünyanın müxtəlif ölkələrindən folklor kollektivləri dəvət edilib bu festivala. Bildiyiniz kimi, TÜRKSOY- da Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir.
Erməni silahlı qüvvələri tərəfindən ələ keçirilən digər ərəzilərimiz kimi, Şuşa şəhəri də uzun illər tarixinin ən ağır günlərini yaşadı. Yağı düşmən bu gözəl və qədim şəhəri talan etdi, dağıntılara məruz qoydu.
Nəhayət, Azərbaycan xalqının həsrətlə gözlədiyi gün gəldi. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq düşməni işğal altında saxladıqları ərazilərimizdən qovdular. Müzəffər ordumuz noyabrın 8-də Azərbaycanın Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Qəsbkar ermənilərin on illər boyu vurduğu yaraları sağaltmaq, Qarabağı işğaldan əvvəlki gözəl çağlarına qaytarmaq üçün indi Azərbaycan dövləti, Azərbaycan xalqı böyük işlər görməkdədir.
Yenidən Şuşamız bulaq kimi qaynayacaq, çaylar kimi çağlayacaq, çoşacaq, səsi dünyanın hər yerinə yayılacaq.
Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, aprelin 12-də keçirilən 2022-ci ilin ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bəyan etdiyi kimi, artıq Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz.
Müşafirədə həmcinin Prezident İlham Əliyev yaxın perspektivdə inşa olunacaq sosial obyektlərlə bağlı da məlumat verdi.
Məlum oldu ki, bu il Ağdam, Şuşa və Cəbrayıl daxil olmaqla 3 məktəbin inşası başa çatacaq, eyni zamanda dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq. Görülən bütün işlər böyük qayıdışdan sonra insanların layiqli həyay səviyyəsini təmin etməkdir.
Qarabağ və Şərqi Zəngəzur həm də enerji, xüsusilə bərpa olunan enerji potensialı ilə töhfə verməkdədir. Artıq ötən il azad edilmiş ərazilərdə 9 elektrik yarımstansiyası inşa edilib, eyni zamanda alternativ enerji mənbələrindən səmərəli istifadə üçün praktik addımlar atılır. Bərpa prosesi həm də iş yerləri, kənd təsərrüfatı və sənaye parklarının qurulmasını əhatə edir. Bir sözlə, Azərbaycan postmünaqişə dövründə qarşıya qoyduğu vəzifələri plan üzrə yerinə yetirir. Əldə olunan uğurlar həm də layihələrin vaxtında icra olunmasının vacibliyini bir daha ön plana çıxarır.
Siyəzən Rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Ramilə Seyidova
www.102info.az
