Son üç ayda əməkhaqqı fondu neçə faiz ARTIB?

Cəmiyyət

Son üç ayda əməkhaqqı fondu 11,4 faiz artıb.

Bu barədə Əmək və Əhalinin Sosial Mühafizəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkəmizdə ardıcıl xarakter alan əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım dinamikası əməkhaqqı fondunda da artımlara imkan verib.

2022-ci ilin yanvar-mart aylarında da Azərbaycanda əməkhaqqı fondu 11,4 faiz artıb.

Ümumilikdə son 3 ildə minimum əməkhaqqının 2,3 dəfə, orta aylıq əmək haqqının 40 faiz, median əməkhaqqının 80 faiz artımı baş verib.

Bu dövrdə illik əməkhaqqı fondu isə 2,1 dəfə artıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir